AZ

Ərəblər yeni liqada boksçulara nə qədər maaş verəcəklər? – Məbləğlər açıqlandı

  Səudiyyə Ərəbistanının Əyləncə Baş Direktorluğunun rəhbəri Turki Əl-Şeyx və UFC-nin sahibi olan TKO Group Holdings arasında yeni boks təşkilatının yaradılması haqqında müqavilə imzalanıb.

Əl-Şeyx UFC prezidenti Dana Uaytın boksu yenidən möhtəşəm edə biləcəyinə əmindir. Buna görə ona dəstək göstərəcək.

Əl-Şeyxin yeni yaradılan liqada iştirak üçün boksçulara nə qədər pul ödəməyə hazır olduğu da məlum olub. Döyüşçülər minimum 20 min, maksimum isə 750 min dollar qazana biləcəklər.

Turki tərəfindən planlaşdırılan ödənişlər:

Reytinqsiz boksçu ilə 10 raundluq döyüş üçün 20.000 dollar.
Liqa reytinqində 5-10-cu yerləri tutmaq üçün 50.000 dollar.
Liqa reytinqində 3-4-cü yerlər üçün 125.000 dollar.
Liqa çempionluğu titulu uğrunda mübarizəyə görə 375.000 dollar.
Liqa çempionluğunu müdafiə edərkən 750.000 dollar.//Publika.az 


Seçilən
108
referans.az

1Mənbələr