Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və ABŞ arasında Ər-Riyadda keçirilən danışıqları şərh edib. Bu barədə o, Telegram kanalında yayımladığı videomüraciətində danışıb.
O, çıxışında Moskva nümayəndələrini “müharibə komandası” adlandırsa da, Vaşinqtonu Rusiya Federasiyası ilə danışıqlara görə qınamayıb.
“Dünən Amerika komandası ilə görüş oldu. Bu gün ABŞ nümayəndələri döyüş komandası ilə - Rusiya nümayəndələri ilə danışdılar. Bundan sonra Ukrayna və Amerika komandaları yenidən üz-üzə gələcək”, - o deyib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıb.