“Ukraynada münaqişənin hərbi həlli yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio kabinetin iclası zamanı deyib.
Onun sözlərinə görə, bu münaqişə hərbi deyil, danışıqlar yolu ilə həll edilməlidir.
“Artıq 3 ildir davam edən bu müharibə, sizin də doğru vurğuladığınız kimi, prezident olsaydınız, baş verməyəcəkdi. Lakin artıq baş verib və indi buna son qoymaq lazımdır. Bu münaqişəni hərbi yolla bitirmək mümkün deyil, ona yalnız danışıqlar vasitəsilə son qoyulmalıdır”, – Rubio bildirib.
Bizim.Media