1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Gəncədə yeniyetmə bıçaqlanıb.
Oxu.Az İctimai TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Əttarlar küçəsi yaxınlığında baş verib.
İlkin məlumata görə, 17 yaşlı T.Əsgərov "TikTok"da mübahisə etdiyi şəxs tərəfindən bıçaq xəsarətləri alıb.
Yeniyetmə kəsilmiş-deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlayıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.