Futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçiriləcək.
Arena.az xəbər verir ki, martın 24-də G, H və K qrupları çərçivəsində ümumilikdə 6 görüş baş tutub.
Günün ən erkən oyunu saat 21:00-da Litva və Finlandiya futbolçuları arasında keçirilib. Dörd qolluq oyunda qalib müəyyənləşməyib. Bu qrupun digər oyununda Polşa Maltanı sınağa çəkib və inamlı qələbəyə sevinib.
İngiltərə yığması bu gün Latviyanı qəbul edib. Britaniyalılar darmadağına seviniblər. Qrupun digər oyununda da Albaniya Andorraya oxşar hesabla (3:0) qalib gəlib.
Bosniya və Herseqovina yığmasının Kipri məğlub yola saldığı gündə Rumıniya millisi də səfərdə San Marinonu böyük hesabla məğlub edib.
DÇ-2026-nın seçmə mərhələsi
Qrup mərhələsi, 2-ci tur
24 mart
G qrupu
Litva – Finlandiya 2:2
Qollar: Kuçis, 39. Gineitis, 69 – Kairinen, 4. Pohyanpalo, 17-pen.
Polşa – Malta 2:0
Qollar: Sviderski, 27; 51.
H qrupu
Bosniya və Herseqovina – Kipr 2:1
Qollar: Demiroviç, 22. Hayradinoviç, 57 – Pittas, 45+2.
San Marino – Rumıniya 1:5
Qollar: Zannoni, 67 – Çevoli, 6-öz qapısına. Popesku, 44. Marin, 55-pen. Haci, 75. Alibek, 90+5.
K qrupu
Albaniya – Andorra 3:0
Qollar: R.Manay, 9; 19. Uzuni, 90+2.
İngiltərə – Latviya 3:0
Qollar: R.Ceyms, 38. H.Keyn, 68. Eze, 76.