Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqları şərh edib.
APA xəbər verir ki, bu bardəə o, videomüraciətində bildirib.
“Dünən Amerika komandası ilə görüş oldu. Bu gün ABŞ nümayəndələri və Rusiya nümayəndələri ilə danışıqlar aparıldı. Bundan sonra Ukrayna və Amerika komandaları arasında daha bir görüş oldu”, - Zelenski vurğulayıb.
Qeyd edək ki, martın 24-ü axşam saatlarında Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında on iki saatlıq məsləhətləşmələr başa çatıb.