AZ

DÇ-2026: İngiltərə millisindən darmadağın, Polşadan maksimum nəticə

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, ikinci turun ilk oyun günündə 6 matç baş tutub.

Bugünkü görüşlər G, H və H qruplarında keçirilib.

İngiltərə yığması Latviyanı sınağa çəkib. Tomas Tuhelin baş məşqçisi olduğu komanda növbəti qələbəsini qazanıb. Maksimum nəticə göstərən, rəqiblərini 5 dəfə məyus edən ingilislər qapılarından qol da buraxmayıblar.

Malta üzərində inamlı qalibiyyət əldə edən Polşa millisi də hər iki görüşü "quru" qələbə ilə başa vurub.

H qrupunda yer alan Rumıniya San Marinonu səfərdə böyük hesabla üstələyib.

Qeyd edək ki, Azərbaycan milli komandası D qrupunda Fransa, İslandiya və Ukrayna seçmələri ilə mübarizə aparacaq. 

DÇ-2026
Seçmə mərhələ
22 mart

G qrupu

Litva – Finlandiya 2:2
Qollar: Kuçis, 39. Gineitis, 69 – Kairinen, 4. Pohyanpalo, 17-pen.

Polşa – Malta 2:0
Qollar
: Sviderski, 27; 51.

Xallar: Polşa – 6. Finlandiya – 4. Litva – 1. Niderland – 0. Malta – 0.

H qrupu

Bosniya və Herseqovina – Kipr 2:1
Qollar: Demiroviç, 22. Hayradinoviç, 57 – Pittas, 45+2.

San Marino – Rumıniya 1:5
Qollar
: Zannoni, 67 – Çevoli, 6-öz qapısına. Popesku, 44. Marin, 55-pen. Haci, 75. Alibek, 90+5.

Xallar: Bosniya və Herseqovina – 6. Rumıniya – 3. Kipr – 3. Avstriya – 0. San Marino – 0.

K qrupu

Albaniya – Andorra 3:0
Qollar: R.Manay, 9; 19. Uzuni, 90+2.

İngiltərə – Latviya 3:0
Qollar
: R.Ceyms, 38. H.Keyn, 68. Eze, 76.

Xallar: İngiltərə – 6. Albaniya – 3. Latviya – 3. Serbiya – 0. Andorra – 0.

Seçilən
18
fanat.az

1Mənbələr