AZ

Yeni Zelandiyada güclü zəlzələ baş verib

Bakı, 25 mart, AZƏRTAC

Yeni Zelandiyada yerli vaxtla saat 14.43-də (Bakı vaxtı 05.43) 6,8 maqnitudalı zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geologiya İnstitutu məlumat yayıb. Zəlzələnin episentri adanın cənubundakı birinci yaşayış məntəqəsindən 160 km kənarda yerləşir.

İnstitut okeanda sunami təhlükəsinin olmadığını bildirib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Seçilən
20
3
azertag.az

4Mənbələr