AZ

İstanbulda atışma baş verib, Azərbaycan vətəndaşı yaralanıb

Türkiyədə atışma zamanı zamanı Azərbaycan vətəndaşı yaralanıb.

APA xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Hadisə İstanbulun Şişli səmtindəki restoranlardan birində baş verib.

Məlumata görə, iki nəfər Böyükdərə küçəsində yerləşən otel restoranında oturan insanlara atəş açıb.

Silahlı hücum nəticəsində 3 nəfər - Erkan A., Beyhan T. və Azərbaycan vətəndaşı Hüseyn M. güllə yarası alıb.

Canayətkarlar hadisə yerindən qaçıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Erkan A. və Beyhan T.-nin vəziyyəti ağırdır. Azərbaycan vətəndaşı yüngül bədən xəsarətləri alıb.

Polis əməliyyata başlayıb.

Seçilən
33
50
apa.az

10Mənbələr