AZ

Bitcoin-də 110 000 dollar iddiası

Törəmə alətlər üçün aparıcı kriptovalyuta birjası BitMEX-in həmtəsisçisi Artur Hayesin fikrincə, Bitcoin-in qiyməti 76 500 dollara qədər düşməmidən əvvəl 110 000 dollara qədər yüksələ bilər.

Marja xəbər verir ki, Hayes potensial artımı ABŞ Federal Ehtiyat Sisteminin (FED - ABŞ Mərkəzi Bankı) sərt pul siyasətindən yumşaq pul siyasətinə keçəcəyi ilə bağlı gözləntilərlə əlaqələndirir.

Bu dəyişikliyin maliyyə bazarlarına likvidlik təmin edəcəyini qeyd edən Hayes, "X" platformasında etdiyi paylaşımda, "Bitcoin yenidən 76 500 dolları sınaqdan keçirməzdən əvvəl 110.000 dollara çatacaq. FED, istiqrazlar üçün monetar sərtləşdirmədən monetar genişlənməyə keçir" dedi.

Bitcoin martın 23-də 86 000 dolların üzərində bağlanıb və ertəsi gün 88 000 dolları keçib. Hazırda Bitcon 86 480 dollara satılır. 

Bitcoin-in bazar dəyəri 1,727 trilyon dollara bərabərdir. 

Bununla belə, bəzi analitiklər ehtiyatlı yanaşır və daha yavaş tempdə olsa da FED-in sərt pul siyasətinin hələ də davam etdiyini vurğulayırlar.

Seçilən
26
marja.az

1Mənbələr