Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp bundan əvvəl ayrılan “fövqəladəbüdcə xərclərini” təxminən 3 milyard dollar azaldacaq. Bunun 2,5milyard dolları xarici yardım üçün nəzərdə tutulurdu.
Trend-in məlumatına görə, bu barədə "Semafor" portalı Ağ Evdəkimənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, Tramp ABŞ-ın keçmiş prezidenti Co Baydeninadministrasiyası tərəfindən qəbul edilən milli borcun artırılmasıüçün 2023-cü il qanun layihəsi çərçivəsində ayrılan təcilivəsaitlərin həcmini azaldacaq.
Bildirilib ki, Trampın azaltmağı planlaşdırdığı təxminən 2,5milyard dollar xaricə yardıma, o cümlədən miqrasiya və qaçqınlarlabağlı fəaliyyət göstərən QHT-lərə dəstək, Moldova və Gürcüstandaiqtisadi inkişaf və inklüzivliklə bağlı layihələrə ayrılacaqdı.