AZ

“Arsenal”ın sabiq futbolçusuna vərəm diaqnozu qoyuldu

PSV-nin futbolçusu Lukas Peresə vərəm diaqnozu qoyulub.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. İspan hücumçu 3-4 həftə təcrid olunmalı və müalicə kursuna başlamalıdır.

Peres bu ilin fevralında azad agent kimim PSV-yə keçib. O, Niderland təmsilçisində 2 oyuna çıxıb.

36 yaşlı hücumçu karyerası ərzində “Arsenal”, “Vest Hem”, “Elçe”, “Kadis”, “Deportivo” kimi klublarda forma geyinib.

Seçilən
101
futbolpress.az

1Mənbələr