Xaçmazda 16 min manatlıq oğurluq edən şəxs saxlanılıb.
Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisindəki evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Nurağa İsgəndərov saxlanılıb.
Bu barədə Operativ Media-ya DİN məlumat verib.
Həmin şəxs məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlayıb. O, zərərçəkmişlərə ümumilikdə *16 min manat məbləğində ziyan* vurub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.