“Ermənistan ordusunu silahsızlaşdırmaq özümüzü ölümə məhkum etməkdir”. Tribunainfo.az bildirir ki, bunu erməni politoloq Ara Poqosyan deyib.
O iddia edib ki, ATƏT-in Minsk Qrupunun ləğvi Qarabağ məsələsinin bağlanmasına rəvac verməyəcək. Onun sözlərinə görə, MQ-nin indiyə qədər qəbul etdiyi qərarlar və təkliflər araşdırma vasitəsi olaraq qalacaq. “ATƏT-in Minsk Qrupu Azərbaycanın yerə qoymağa məcbur etdiyi ən mühüm diplomatik silahlardan biridir. Lakin onun ləğv edilməsi Qarabağ məsələsinin həll olunması anlamına gəlmir”.