AZ

İsrail şərtlərini AÇIQLADI: Savaş yalnız bu halda başa ÇATACAQ

“Qəzza zolağında hərbi əməliyyat HƏMAS nümayəndələri saxladıqları bütün girovları azad etdikdən, Qəzza silahsızlaşdırıldıqdan və HƏMAS və İslami Cihad qruplarının silahlı birləşmələri bölgədən çıxarıldıqdan dərhal sonra başa çatdırıla bilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar Qüdsdə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas ilə birgə mətbuat konfransında deyib.

“Məqsədlərimizə diplomatik yollarla nail olmaqdan məmnun olardıq. Amma bu mümkün olmasa, hərbi səylərimizi davam etdirməkdən başqa seçimimiz yoxdur”, - Saar bildirib.

İsrailin xarici işlər naziri qeyd edib ki, Yaxın Şərqdə sabitlik və deradikalizasiya zəifliklə əldə edilə bilməz:

"Artıq bir həftədir ki, İsrail Qəzzada terrorçu HƏMAS-a qarşı fəaliyyət göstərir. İsrail ABŞ-ın xüsusi nümayəndəsi Steve Uitkoffun müvəqqəti atəşkəsin uzadılması təklifi ilə razılaşdı, lakin HƏMAS bunu iki dəfə rədd etdi. Onlar hələ də 59 vətəndaşımızı girov saxlayırlar,” deyən Saar, HƏMAS-ın İsrailə başqa seçim qoymadığına diqqət çəkib.

Bundan əlavə, İsrail XİN başçısı qeyd edib ki, Qəzza zolağında atəşkəsin davam etdiyi 42 gün ərzində İsrail Qəzzaya humanitar yardım daşıyan 25 min yük maşını buraxıb.

Bizim.Media

Seçilən
18
bizim.media

1Mənbələr