Ermənilər Avropa Müşahidə Missiyasının ölkədən getməməsi üçün min bir bəhanə uydururlar. Tribunainfo.az xəbər verir ki, bununla bağlı erməni müxalifəti, ekspertləri səhərdən axşama kimi, “arqument”lər gərirlər.
Məsələn, erməni hərbi ekspert Karen Hovhannisyan iddia edir ki, üçüncü ölkə qüvvələrinin Ermənistan-Azərbaycan sərhədindən çıxarılması bəndi Aİ-nin müşahidəçilərinə şamil edilə bilməz. O, bunu “Çünki mülki missiya “qüvvə” deyil” kimi “əsaslandırır.
Amma erməni hərbi ekspert Ermənistanla sərhəddə dayanmış Azərbaycan Ordusunun yanında türk qoşunları və İsrail hərbçilərinin dayanması ilə bağlı yayılmış xəbərləri yalan adlandırıb. “Azərbaycan Ordusu ilə Türkiyə ordusu yalnız taktiki və hazırlıq baxımdan bir yerdədirlər. Bu gün sərhəddə türk ordusunun olması barədə deyilənlər sərsəmləmədir. İsrail hərbçilərinə gəlincə isə bu tamamilə yalandır. Çünki Azərbaycanda onların heç biri yoxdur”.