Türkiyənin “Qalatasaray” klubunda forma geyinən Mauro İkardi Milanda həyat yoldaşı Vanda Nara ilə boşandıqdan sonra sevgilisi Çina Suarez ilə bir tədbirə qatılıb.
Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, ikili 80-ci illər tərzi geyimlə ad günü partisinə qatılıb.
İkardi həmçinin boşandıqdan sonra yeni imici ilə də diqqət çəkib. “Qalatasaray”da çıxış edən argentinalı futbolçunun yeni imici çox bəyənilib.
Cütlüyün paylaşdığı kadrlarda İkardinin imicindəki dəyişikliklər diqqətdən yayınmayıb. Bir müddətdir sarı saçlı gördüyümüz İkardi saçlarını yenidən qaraya boyayıb, saqqalını qırxdırıb.
Gülşən Rəsul