AZ

Urmiya aksiyalarına görə 22 nəfər həbs olunub

Məlum olduğu kimi, bir neçə gün əvvəl Güney Azərbaycanın Urmiyə şəhərində yerli azərbaycanlılar etiraz aksiyası keçiriblər. Tribunainfo.az bildirir ki, onlar Azərbaycanla bağlı bir sıra bəyanatlar səsləndirib və ərazilərin kürdlərə verilməsinə etiraz ediblər.

Qeyd edək ki, aksiya zamanı yerli Urmiyə polisi Azərbaycan fəallarına müdaxilə etməyib. Əksinə, onların toplu halında meydana girməsinə şərait yaradıb.

Bundan narahat olan İrandakı molla rejimi elə həmin səbəbdən SEPAH-ın yerli qüvvələrini Urmiyaya gətirib. Onlar isə dünən 22 nəfəri həbs ediblər. Həbs olunanlara qarşı isə “etnik nifrət və fitnmə törətmək” ittihamı irəli sürülüb.

 

Seçilən
12
tribunainfo.az

1Mənbələr