AZ

DÇ-2026: Monteneqro və Norveç üçün növbəti qələbə şansı

Futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçiriləcək.

Arena.az xəbər verir ki, martın 25-də I, J və L qrupları çərçivəsində ümumilikdə 6 görüş baş tutacaq.

Günün ən erkən oyunu saat 21:00-da Moldova və Estoniya futbolçuları arasında oynanılacaq. Bu qrupun digər oyununda İsrail Norveçi sınağa çəkəcək.

J qrupu çərçivəsində Şimali Makedoniya Uelsi, Lixtenşteyn isə Qazaxıstanı qəbul edəcək.

L qrupunda da Cəbəllüttariq – Çexiya və Monteneqro – Farer adaları oyunları baş tutacaq.

DÇ-2026-nın seçmə mərhələsi
Qrup mərhələsi, 2-ci tur
25 mart

I qrupu
21:00. Moldova – Estoniya
23:45. İsrail – Norveç

Xallar: Norveç – 3. İsrail – 3. İtaliya – 0. Estoniya – 0. Moldova – 0.

J qrupu
23:45. Şimali Makedoniya – Uels
23:45. Lixtenşteyn – Qazaxıstan

Xallar: Şimali Makedoniya – 3. Uels – 3. Belçika – 0. Qazaxıstan – 0. Lixtenşteyn – 0.

L qrupu
23:45. Cəbəllüttariq – Çexiya
23:45. Monteneqro – Farer adaları

Xallar: Monteneqro – 3. Çexiya – 0. Xorvatiya – 0. Farer adaları – 0. Cəbəllüttariq – 0.

Seçilən
10
2
arena.az

3Mənbələr