Moskvanın Basmannı məhkəməsi 2024-cü ilin dekabrında AZAL-a məxsus "Embraer 190" təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq çərçivəsində Rusiyanın cənubunda iki ünvandan sənədlərin götürülməsinə icazə verib.
Far.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, müstəntiqin bu barədə müraciəti 2025-ci ilin yanvarında edilib və prokuror onu dəstəkləyib.
Məhkəmə vəsatəti əsaslı hesab edərək icazə verib və qərar qanuni qüvvəyə minib.
Xatırladaq ki, qəza 25 dekabr 2024-cü ildə baş verib. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həyatını itirib. İlkin araşdırmalara görə, qəzanın səbəbi fiziki və texniki xarici təsir hesab edilir.