Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşü çərçivəsində Belarus yığması ilə qarşılaşacaq.
Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxacaq.
Operativ Media xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Belarusla üz-üzə gələcək. “Bank Respublika Arena”da baş tutacaq görüşə saat 21:45-də start veriləcək.
Azərbaycan yığması bundan əvvəl Haitiyə 0:3 hesabıyla uduzub.
25 mart
Yoldaşlıq oyunu
21:45 Azərbaycan – Belarus
“Bank Respublika Arena”