AZ

ABŞ Dövlət Departamentindən Ukraynada atəşkəs ANONSU

“Vaşinqton Ukraynada atəşkəsə nail olmaq üçün çalışır. Hər iki tərəf atəşkəsə bir nəfəs qədər uzaqdadır”.

Bizim.Media “CNN”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus brifinq zamanı bildirib.

“Atəşkəsdən sonra nə baş verəcəyi ilə bağlı deyəcək heç bir fikrim yoxdur. Lakin biz buna yaxınıq ”, - Bryus deyib .

Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar baş tutub.

Ayşən Rəhim, Bizim.Media

Seçilən
138
bizim.media

1Mənbələr