AZ

İstanbulda sosial şəbəkələrdə insanları qanunsuz aksiyaya çağıran138 ŞÜBHƏLİ SAXLANILIB

İstanbulda Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra sosial media vasitəsilə insanları aksiyaya çağıran 138 şübhəli saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, polis 21-24 mart tarixləri arasında sosial şəbəkələrdə insanları küçəyə çağıraraq vətəndaşlarda qorxu və təşviş yaradan, nifrət və düşmənliyə sövq edənlərə qarşı fəaliyyətə başlayıb.

 

Əməliyyat tədbirləri zamanı martın 21-də üç şübhəli saxlanılıb. Onlar məhkəmənin qərarı ilə həbs olunublar.

 

Martın 22-də saxlanılan 58 şübhəlidən altısı ev dustaqlığına buraxılıb, ikisi isə həbs edilib. Digər şübhəlilər də şərti olaraq sərbəst buraxılıblar.

 

Martın 23-də beş şübhəli saxlanılıb. Onlardan biri həbs olunub.

 

Martın 24-də saxlanılan 72 şübhəli ilə bağlı araşdırmalar davam etdirilir.

Seçilən
18
50
senzor.az

10Mənbələr