2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının Avropa üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar baş tutacaq. 

Offsideplus.az xəbər verir ki, I, J və L qruplarında yer alan komandalar ikinci turun matçlarını keçirəcəklər.

Bu günə nəzərdə tutulan 6 oyunla mart ayı üçün "köhnə qitə"də təsnifat görüşlərinə yekun vurulacaq.

D qrupunda yer alan Azərbaycan milli komandası seçmə mərhələdə mübarizəyə bu ilin sentyabrında başlayacaq.

I qrupu

21:00. Moldova - Estoniya

23:45. İsrail - Norveç

J qrupu

23:45. Şimali Makedoniya - Uels

23:45. Lixtenşteyn - Qazaxıstan

L qrupu

23:45. Monteneqro - Farer Adaları

23:45. Cəbəllütariq - Çexiya