AZ

İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti cüzi artıb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2024-cü ili 23,378 milyon manat mənfəətlə başa vurub.

AzNews.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 0,6 % çoxdur.

Bu il yanvarın 1-nə İKZF-nın aktivləri 3 milyard 328,409 milyon manat olub ki, bu da illik müqayisədə 19,15 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 25,3 % artaraq 2 milyard 100,482 milyon manata, balans kapitalı isə 11 % artaraq 1 milyard 227,927 milyon manata, o cümlədən nizamnamə kapitalı 8,95 % artaraq 1 milyard 68,4 milyon manata çatıb.

Seçilən
15
2
aznews.az

3Mənbələr