AZ

Texasda Tesla dilerində çoxlu partlayıcı qurğu tapılıb

Texas ştatının Ostin şəhərində Tesla dilerində bir neçə partlayıcı qurğu tapılıb.

Bu barədə polisə istinadən ABC telekanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, təhlükəli obyektlər martın 25-i səhər saatlarında aşkar edilib. Partlayıcı qurğular zərərsizləşdirilib.

Federal Təhqiqatlar Bürosu (FTB) Tesla dilerləri və enerji doldurma məntəqələrini hədəf alan hücumları araşdırmaq üçün yeni işçi qrupu yaradıb.

Seçilən
14
aznews.az

1Mənbələr