"İnsanlar deyirlər ki, mən çox oynayıram, heç vaxt rotasiya olunmuram. Amma bu mənim üçün daha yaxşıdır!".
Offsideplus.az xəbər verir ki, bunu "Barselona"nın yarımmüdafiəçisi Pedri deyib. 22 yaşlı futbolçu az oynamağa öyrəşmədiyi üçün bunun daha böyük problem olacağını da söyləyib:
"Oynamağı sevirəm, oynamaq istəyirəm. Bədənim buna öyrəşmədiyi üçün oynamayanda daha çox əziyyət çəkirəm, ona görə də bərpa etmək daha çətindir".
Pedri cari mövsümdə 42 oyunda 3291 dəqiqə meydanda olub. O, bu sezon "Barselona"nın cəmi bir oyununda iştirak etməyib.