Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyaddakı danışıqların yekunu üzrə birgə bəyanatın mətni üzərində razılığa gəliblər.
“Cebheinfo.az” xəbər verir ki, Rusiya nümayəndə heyətindəki mənbənin TASS-a verdiyi məlumata görə, sənəd martın 25-də Kreml və Ağ Ev tərəfindən paylaçılacaq. Daha əvvəl bildirilmişdi ki, Rusiya və ABŞ nümayəndələri arasında Ər-Riyadda 12 saatdan artıq davam edən danışıqlar başa çatıb.
Kremldə deyildiyi kimi, görüş əsasən Vladimir Putinlə Donald Tramp arasında son telefon danışığı zamanı müzakirə edilən Qara dəniz təşəbbüsü mövzusuna həsr olunub.