Qapıçı Şahruddin Məhəmmədəliyev Azərbaycan millisinin heyətindən çıxarılıb.
Fanat.Az xəbər verir ki, yığmanın dünənki məşqlərinə qatılmayan qolkiper zədə səbəbindən seçmənin bu gün Belarusa qarşı keçirəcəyi yoldaşlıq görüşünü kənardan izləyəcək.
Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə çağırılıb.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda Belarus ilə “Bank Respublika Arena”da üz-üzə gələcək. Oyun saat 21:45-də başlayacaq.