AZ

Türkiyədə restoranda atışma:AZƏRBAYCAN VƏTƏNDAŞI YARALANDI

İstanbulun Şişli səmtindəki Böyükdərə küçəsində yerləşən otel restoranında atışma baş verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iki nəfər restoranda oturan insanlara atəş açıb.

 

Silahlı hücum nəticəsində 3 nəfər yaralanıb. Təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan yaralılardan Erkan A. və Beyhan T.-nin vəziyyəti ağırdır, Azərbaycan vətəndaşı Hüseyn M. isə yüngül xəsarət alıb.

 

Canayətkarlar hadisə yerindən qaçıblar. 

 

Polis onların yaxalanması üçün əməliyyata başlayıb.

 

Seçilən
14
senzor.az

1Mənbələr