AZ

Ağ Ev-Kreml danışıqları 12 saatdan çox davam edib

Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında  növbəti danışıqlar yekunlaşıb.

Ölkə.Az xəbər verir ki,  görüş 12 saatdan çox davam edib.

Rusiya və ABŞ-ın texniki qruplarının ekspert görüşü bazar ertəsi Moskva vaxtı ilə saat 10:00 radələrində başlayıb.

Kremldə deyildiyi kimi, görüş əsasən Vladimir Putinlə Donald Tramp arasında son telefon danışığı zamanı müzakirə edilən Qara dəniz təşəbbüsü mövzusuna həsr olunub.

Mürtəza

Seçilən
27
olke.az

1Mənbələr