"Fənərbağça" klubu icarə əsasında heyətində olan Milan Şkrinyarı birdəfəlik transfer edəcək.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" slovakiyalı müdafiəçi üçün PSJ ilə danışıqlara başlayıb. İstanbul təmsilçisi bu keçid üçün 10 milyon avro ödəməyə hazırdır. Bu barədə "Türkiyə" nəşri məlumat yayıb.
Şkrinyar bu ilin yanvarından "Fənərbağça"da çıxış edir. O, 12 oyunda meydanda olub.
Komandanın Joze Mourinyo onun çıxışından razıdır və rəhbərlik onun komandada qalmağını istəyir.