AZ

Azərbaycan  özünün zəngin milli və mənəvi dəyərləri ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib

Hər bir milləti dünyada tanıdan və digər xalqlardan fərqləndirən vacib xüsusiyyətlərdən biri onun adət və ənənələrə, yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. 


Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərləri ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Min illər boyu formalaşan və xalqımızın yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır.

Dünyada mövcud olan 11 iqlim qurşağının 9-nun Azərbaycanda mövcudluğu, təbii sərvətlərimiz, zəngin tarixi-mədəni irsimiz, milli mətbəximiz, ölkəmizin sosial-iqtisadi inkişafı, sabitlik adasına çevrilməsi son illər dünyanın hər yerindən turistləri ölkəmizə cəlb etməsi göz qabagındadır.Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. 
 

Ulu Öndərimiz Heydər Əliyev İslam dinini bizim milli-mənəvi kimliyimizin ayrılmaz bir hissəsi kimi qəbul edir və bildirirdi ki,  dinimiz xalqımızın milli-mənəvi sərvətidir. 
 

Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.  Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulub. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir.
 

 Bütün sahələrdə olduğu kimi milli dəyərlərimizin qorunması və din-dövlət münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin siyasətini, ideyalarını davam etdirən Prezident İlham Əliyevin bu sahədə atdığı addımlar, eləcə də İslam dininin inkişafı üçün reallaşdırdığı tədbirlər müsəlman aləmində yüksək dəyərləndirilir.
 

27 sentyabr 2020-ci il tarixi Azərbaycanın zəfərinin başlanğıc günüdür. Ordusu ətrafında bir yumruq kimi birləşərək, 44 günlük çətin, ağrılı, eyni zamanda, şərəfli, qürurlu, tariximizə qızıl hərflərlə yazılacaq bir mərhələyə qədəm qoydu.Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. 
 

Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd eidirk.Bu gün qalib ölkəyik, qalib ölkənin vətəndaşı və  Şəhid bacısı olaraq  qürurluyam. Bütün Şəhidlərimizə Allahdan rəhmət  diləyirəm.Hər birinizi   müqəddəs Ramazan bayramı  və Novruz bayramı münasibəti ilə təbrik edirəm.   Ömrünüzə  ömür qatan, xoş niyyətli insanlar çıxsın qarşınıza. Həyat hər zaman  üzünüzə gülsün.  2025- ci ili suverenlik və konstitusiya ili   hər kəsin şəxsində hiss edilməsi  diləyi ilə bayramınız  mübarək olsun. 

 Gülşən Behbud
Milli Dəyərlər  üzrə Maarifləndirmə 
 İctimai Birliyinin sədri  

Seçilən
42
qht.az

1Mənbələr