AZ

Ronaldo Corcina ilə hansı şərtlə toy edəcəyini açıqladı

“Əl-Nəsr”in portuqal ulduz hücumçusu Kristiano Ronaldonun məşuqəsi Corcina Rodriges açıqlaması ilə diqqət çəkib.

Arena.az məlumat verir, Corcina “Mən Corcinayam” adlı realiti-şousunda Kristiano ilə toylarına dair açıqlama verib.

Corcina bildirib ki, rəfiqələri, Ronaldonun onunla toy etmədiyinə görə, onunla baməzə zarafatlaşırlar:

“Onlar (rəfiqələrim) mənimlə həmişə zarafatlaşır və soruşurlar: “Toy haçandır?”. Cennifer Lopesin “Üzük” mahnısı çıxandan bəri, onlar mənə onu oxumağa başlayıblar (həmin mahnının nəqarəində “bəs üzük nə vaxt?” ifadəsi səslənir – redaktorun qeydi). Ancaq hər şey məndən asılı deyil axı”, deyə Corcina vurğulayıb.

Kristianonun özü isə bu vəziyyətlə bağlı şərh verib:

“Mən həmişə ona deyirəm: “Həmin çıqqıltı səslənəndə, evlənərik”. Eləcə də, bizim həyatımıza aid hər şey. O, mənim nə haqda danışdığımı bilir. Bu, bir ildən sonra da baş verə bilər, yarım ildən sonra da, və ya bir ay sonra… Amma mən yüz faiz əminəm ki, bu, baş verəcək”, deyə Ronaldo vurğulayıb.

Xatırladaq ki, Kristiano Corcinaya 2018-ci ildə müvafiq təklif edib, amma toy çalınmayıb. Belə bir ehtimal var ki, cütlük gizlincə nikaha girib və bu haqda ictimaiyyətə açıqlama verməyib.
2016-cı ildən birlikdə yaşayan Kristiano və Corcina beş uşaq böyüdürlər.

Seçilən
10
arena.az

1Mənbələr