La Liqa nəhənglərindən "Real Madrid" növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, İspaniya təmsilçisi uzun müddətdir maraqlandığı Trent Aleksandr Arnold ilə anlaşıb.
Madrid nəhəngi ingilis futbolçu ilə 5 illik müqavilə imzalayacaq.
Arnold yay transfer dönəmində azad agent kimi "Real"a qoşulacaq.
Cari mövsümdə "Liverpul" un heyətində 39 rəsmi oyuna çıxan 26 yaşlı futbolçu 3 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Soboslainin Ardaya cavabı gecikmədi - FOTO
İtaliya nəhəngindən “Siti”yə
“Tottenhem”in müdafiəçisi Super Liqa klublarının hədəfində
“Real” “Barsa”nı məğlub etdi: Tarixdə ilk dəfə
La Liqa təmsilçisi İspaniya millisinin üzvü ilə maraqlanır