Bakı. Trend:
İrəvan yenidən xarici siyasət qarışıqlığının episentrində yeralaraq, beynəlxalq vəziyyətin qeyri-sabit olduğu şəraitdə stratejivektorların nə qədər xaotik şəkildə dəyişə biləcəyini nümayişetdirdi.
Ermənistanın baş naziri Nikol Paşinyan son illər ərzində ardıcılolaraq Qərblə yaxınlaşma kursu götürmüş və Moskva ilə əlaqələrdənnümayişkaranə şəkildə uzaqlaşmışdı. Fəqət gözlənilmədən PaşinyanRusiya ilə əlaqələrin aktivləşdirilməsinə qərar verdi. Bu qəfilmanevr cəmiyyətdə geniş rezonans doğurdu və bu addımın səbəbləriilə bağlı bir sıra suallar ortaya çıxardı.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqlədi ki,Kremlin Ermənistanın kursunda baş verən bu dəyişikliyi müsbətqarşıladığı açıq şəkildə ifadə olunub. Onun sözlərinə görə, Moskvaİrəvanın Rusiya qurumları ilə əlaqələri intensivləşdirmək vəAvrasiya İqtisadi İttifaqı çərçivəsində birgə təşəbbüslərdəiştirakını artırmaq istəyini yüksək qiymətləndirib. Peskovvurğulayıb ki, "Rusiya-Ermənistan əlaqələri çoxəsrlik ortaq tarixəsöykənir və bu, iki ölkə arasında əməkdaşlığı təbii və labüdedir".
Beləcə, Kreml açıq şəkildə razılığını ifadə edərək mesaj veribki, Nikol Paşinyan bölgədə böhran dərinləşdiyi bir vaxtda Moskvailə tərəfdaşlığın əhəmiyyətini anlamağa məcbur olub.
Paşinyanın bu addımı, xüsusilə onun son illərdə Qərblə daha sıxəlaqələr qurmaq cəhdləri fonunda spontan qərar təsiri bağışlayabilər. Xatırladaq ki, hələ bir müddət əvvəl Ermənistanın baş naziriMoskvadan uzaqlaşmağa və açıq şəkildə Vaşinqton və Brüsseləyaxınlaşmağa çalışırdı.
Amma Qərbdən tam dəstək gözləntiləri özünü doğrultmadı. DonaldTrampın hakimiyyətə gəlişindən sonra ABŞ Cənubi Qafqaz məsələlərinəmarağını xeyli zəiflədərək, digər prioritetlərə diqqət yetirdi.Hətta Co Baydenin prezidentlik müddətinin son aylarındaErmənistanla imzalanmış "Strateji Tərəfdaşlıq Xartiyası" beləgözlənilən nəticələri verməyərək tezliklə öz əhəmiyyətini itirdi.Qərbdən gələn dəstəyin azalması fonunda Ermənistan son dərəcəhəssas və təhlükəli mövqedə qaldı.
Bununla paralel olaraq, Paşinyan daxili siyasi böhranın dagüclənməsi ilə üzləşdi. "Gallup International"ınErmənistanda keçirdiyi son rəy sorğusunun nəticələrinəgörə, Paşinyanın reytinqi 35%-ə qədər enərək cəmiyyətdəkinarazılığın açıq əlamətini göstərdi.
Mövqeyinin zəiflədiyini anlayan Paşinyan Ermənistanın Avropaİttifaqına üzvlük prosesinə başlamaqla bağlı qanun layihəsininmüzakirəsini təxirə salmaq məcburiyyətində qaldı. Bu addım təkcədaxili siyasi böhranın kəskinləşməsi qorxusunu deyil, həm də Avropaİttifaqının özündə qeyri-sabitliyin artmasını əks etdirirdi. Qurumbu gün Ukrayna müharibəsi və ABŞ ilə münasibətlərdə gərginliyingüclənməsi fonunda iqtisadi və siyasi çətinliklərlə üzləşir.
Paşinyanın Rusiya ilə münasibətləri yenidən qurmaq qərarındaiqtisadi amillər də mühüm rol oynadı. Ermənistan ixracının təxminən80%-i Rusiya bazarına yönəlib və ölkənin Avrasiya İqtisadiİttifaqından çıxması iqtisadiyyatına ciddi zərbə vura bilərdi.Mümkün nəticələrin miqyasını anlayan Paşinyan xarici siyasətkursunu dəyişməyə məcbur oldu və milli iqtisadiyyatıntəhlükəsizliyini təmin etmək üçün Moskva ilə əlaqələri bərpa etməkqərarına gəldi.
Paşinyanı Moskva ilə yaxınlaşmağa sövq edən başqa mühüm amil isəAzərbaycanla sərhəddə davam edən təxribatlar oldu. Sərhədyanıbölgələrdə vaxtaşırı baş verən gərginlik İrəvanda yeni eskalasiyaqorxusu yaradıb. NATO və ABŞ-nin Ermənistana real hərbi yardımgöstərməyə tələsməyəcəyini anlayan Paşinyan, daha əvvəl açıqşəkildə tənqid etdiyi və uzaqlaşmağa çalışdığı KollektivTəhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) himayəsinə qayıtmaqməcburiyyətində qaldı.
Paşinyanın atdığı bu addımlar göstərir ki, onun Rusiya iləmünasibətləri gücləndirmək cəhdi nə qədər taktiki və məcburi olsada, eyni zamanda Ermənistanın mürəkkəb daxili və xariciproblemlərinin nəticəsidir. Ermənistanın siyasi kursunun buqeyri-sabitliyi isə ölkəni daha təhlükəli geosiyasi vəziyyətəsürükləyir.
Eyni zamanda, Paşinyanın Rusiya ilə əlaqələri gücləndirməkistiqamətində atdığı addım, əslində, strateji seçimdən çox,elementar şəkildə hakimiyyətdə qalmaq üçün edilən çarəsiz manevrtəsiri bağışlayır. Reytinqlərinin sürətlə düşdüyü, iqtisadivəziyyətin pisləşdiyi və bölgədəki qeyri-sabitliyin artdığı birşəraitdə Paşinyan, Moskva ilə sıx əlaqələrin bərpasının ona daxilisiyasi təzyiqləri azaltmaq və hakimiyyətini qorumaq üçün çıxış yoluola biləcəyinə ümid edir. Lakin bu taktika uzunmüddətliperspektivdə həm Ermənistan, həm də Cənubi Qafqazdakı geosiyasivəziyyət üçün ağır nəticələr doğura bilər.
Ermənistanın baş naziri Nikol Paşinyan xarici siyasətindənövbəti dəfə ziddiyyətli addım ataraq, 9 mayda Moskvanı ziyarətedib İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi ilə bağlıtədbirlərdə iştirak edəcəyini bəyan etdi. İki ölkə arasındakıgərgin münasibətlər fonunda bu qərar Paşinyanın Kreml ilə əlaqələrinormallaşdırmaq niyyəti kimi qiymətləndirildi. Lakin bu jestiErmənistanın xarici siyasətində konkret istiqamət seçilməsi kimigörmək yanlış olardı - çünki Paşinyan hələ də Qərblə Moskvaarasında ikili oyun oynamağa davam edir.
Paşinyanın bu qeyri-müəyyən və ziddiyyətli siyasəti Ermənistanüçün ciddi risklər yaradır. O, həm Rusiya, həm də Qərbinmaraqlarını nəzərə almağa çalışsa da, bu taktika nəticə etibariləheç bir tərəfin ona etimad göstərməməsinə gətirib çıxarır. NəKreml, nə də Vaşinqton Paşinyanın bu manevrlərini cəzasız buraxmağarazılaşmayacaq.
Formal olaraq Moskva Paşinyanın son addımlarını müsbətqarşılayıb. Rusiya və Ermənistan XİN rəhbərlərinin müavinləri -Mixail Qaluzin və Mnasakan Safaryan arasında keçirilən son görüştərəflərin dialoqu bərpa etmək istəyini ortaya qoydu. Danışıqlardatəhlükəsizlik, iqtisadi əməkdaşlıq və Ermənistanın əvvəlləraçıq-aşkar laqeyd yanaşdığı Avrasiya İqtisadi İttifaqı çərçivəsindətərəfdaşlığın inkişafı müzakirə edildi.
Paralel olaraq, siyasi danışıqlarla yanaşı iqtisadimünasibətlərin də aktivləşdirilməsi prosesi başlayıb. RusiyaFederasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov ermənihəmkarı Gevorq Papoyanla görüşərək, Strateji İnkişaf Mərkəzinindəstəyi ilə həyata keçiriləcək dörd iri elmi-tədqiqat layihəsininperspektivlərini müzakirə edib. Bu təşəbbüslər iki ölkə arasındakıiqtisadi əlaqələri möhkəmləndirməyi hədəfləyir ki, bu da Rusiyaiqtisadiyyatına tətbiq edilən sanksiyalar fonunda Moskva üçünxüsusilə vacibdir. Kreml xatırladıb ki, Ermənistanın xarici ticarətdövriyyəsinin 40%-dən çoxu Rusiyanın payına düşür və Rusiyaşirkətlərinin Ermənistan iqtisadiyyatına yatırdığı investisiyalarınhəcmi artıq 4 milyard dolları keçib.
Paşinyan Moskva ilə əlaqələri canlandırmağa çalışsa da, Qərbləmünasibətləri inkişaf etdirməkdən də əl çəkmir. Belə ki,yaxın vaxtlarda ABŞ Ermənistana 151 texnika, o cümlədənhərbi nəqliyyat vasitələri, generatorlar və xüsusi avadanlıq üçünkonteynerlər göndərməyi planlaşdırır. Bu addım Ermənistanda yeniamerikalı hərbi təlimlərin keçirilməsi və ya ABŞ-ın bölgədə hərbiiştirakını gücləndirmək niyyəti ilə bağlı ciddi şübhələrdoğurur.
Xüsusilə narahatlıq doğuran məqam odur ki, bu texnika Rusiyanı,Türkiyəni və Azərbaycanı tamamilə kənarda qoyaraq Ermənistanaçatdırılacaq. Bu fakt açıq şəkildə göstərir ki, Vaşinqton bölgədəəsas aktorların təsirini minimuma endirmək niyyətindədir. Üstəlik,texnikanın məhz Ermənistanın hərbi poliqonlarında dezinfeksiyaediləcəyi planlaşdırılır ki, bu da bəzi ekspertlərin fikrincə,bölgədə potensial bioloji laboratoriyaların yaradılması üçüninfrastrukturun qurulması ilə bağlı ola bilər. Hərçənd bu cürlaboratoriyaların mövcudluğunu təsdiqləyən konkret dəlillər hələ kiyoxdur, ABŞ-ın bölgədə hərbi fəallığını artırması Moskva və Bakıüçün ciddi narahatlıq yaradır.
Paşinyan özünü olduqca həssas və riskli mövqeyə salıb. Kremlyenicə bərpa olunan dialoqun ardınca Ermənistandan konkret loyallıqzəmanətləri tələb edəcək. Rusiya, şübhəsiz ki, Paşinyanın paralelolaraq Qərblə gizli əlaqələr qurmasına göz yummayacaq.
Digər tərəfdən, ABŞ-la əlaqələrin gücləndirilməsi də İrəvan üçünağır nəticələr verə bilər. Vaşinqton Ermənistana ciddi iqtisadi vəya hərbi dəstək göstərmək üçün mütləq şəkildə müəyyən siyasişərtlər irəli sürəcək. Bu şərtlərin icrası isə Kremldə sərtreaksiyaya səbəb olacaq. Ermənistanın eyni anda həm Moskvanın, həmdə Vaşinqtonun etimadını qazanmağa çalışması onu yeni geosiyasiböhranın mərkəzinə çevirə bilər.
Artan geosiyasi gərginlik fonunda Paşinyan özünü olduqcamürəkkəb və təhlükəli situasiyada tapıb. Onun son illərdə həyatakeçirdiyi sarsaq və ziddiyyətli xarici siyasət xətti ErmənistanınCənubi Qafqazda artıq etibarlı tərəfdaş kimi qəbul edilməməsi ilənəticələnib. Bu qeyri-sabit mövqe isə Paşinyanın nəinki Qərbin, həmdə Moskvanın etimadını itirməsinə gətirib çıxara bilər ki, bu daErmənistanı tamamilə təcrid olunmuş və təhlükəli vəziyyətəsalacaq.
Ermənistanın ABŞ və Rusiya arasında manevrlər etməyə çalışması,əksinə, ölkəni daha da zəif və kövrək vəziyyətə salır. Paşinyanınsiyasi kursu nəinki ölkəyə üstünlük qazandırmır, hətta Ermənistanıənənəvi müttəfiqləri və potensial tərəfdaşlarının dəstəyindənməhrum etmə riski ilə üz-üzə qoyur.
ABŞ-ın regiondakı aktiv fəaliyyəti Moskvanın təsirini zəiflətməkvə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)çərçivəsindəki hərbi əməkdaşlığını məhdudlaşdırmaq məqsədi güdür.Ermənistanın ABŞ-dan texnika alması və eyni zamanda KTMT üzvü kimiqalması Rusiya ilə münasibətlərin gərginləşməsinə gətirib çıxarabilər. Bu addım təkcə Moskva ilə İrəvan arasında münasibətlərinsoyumasına deyil, həm də bölgədə yeni qeyri-sabitlik dalğasınınyaranmasına səbəb ola bilər.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi MariyaZaxarovanın Vaşinqtonun İrəvana texnika göndərilməsi ilə bağlırəsmi sorğu təqdim etmədiyini bəyan etməsinə baxmayaraq, PaşinyanınABŞ-la gizli razılaşmalar bağlaması ehtimalları artır. Bu isəErmənistanın xarici siyasətində səmimiyyətə dair şübhələri daha dagücləndirir.
Paşinyanın son illərdəki siyasi xətti xaotik və stratejiməntiqdən uzaq görünür. O, gah açıq şəkildə Qərblə yaxınlaşmağaçalışır, gah da qəfil Rusiyaya doğru dönüş edir, ardınca isəKremlin itirilmiş etimadını bərpa etmək üçün addımlar atmağabaşlayır. Bu cür qeyri-müəyyən kurs Ermənistanın qonşu ölkələriarasında etibarlı tərəfdaş kimi mövqeyini daha da zəiflədir.
Bu taktika artıq Ermənistan üçün mühüm tərəfdaşların itirilməsiilə nəticələnib. Moskva yaxşı xatırlayır ki, İkinci Qarabağmüharibəsində məğlubiyyətdən sonra Paşinyan Kremlin hərbi müdaxiləetmədiyini əsas gətirərək Rusiyanı günahlandırmağa çalışdı.Halbuki, bu münaqişə Ermənistanın beynəlxalq səviyyədə tanınmışsərhədlərindən kənarda baş verdiyi üçün Moskvanın İrəvana yardımgöstərmək öhdəliyi yox idi. Bu gün əgər Paşinyan yenidən Rusiyadanuzaqlaşaraq ABŞ və Avropa İttifaqına meyillənməyə çalışsa, Kremlgüzəştə getməyə hazır olmayacaq.
Ermənistanın Vaşinqtonla daha sıx əməkdaşlıq qurmaq cəhdləri dəciddi risklər daşıyır. Avropada dərinləşən böhran, Ukraynadamünaqişənin gərginləşməsi və ABŞ-Avropa münasibətlərinin pisləşməsifonunda Ermənistan Qərbin geosiyasi oyunlarında yalnız qurbanfiquruna çevrilə bilər. Ukrayna nümunəsi göstərir ki, Qərbə hədsizgüvənmək iqtisadiyyatı daha güclü olan ölkələr üçün belə fəlakətlinəticələrə səbəb ola bilər.
Nəticədə Ermənistan xarici siyasətinin aydın strategiyadanməhrum olduğu vəziyyətə düşüb. Bu gün nə Moskva, nə Ankara, nəBakı, nə də Tehran Paşinyanı etibarlı tərəfdaş kimi qəbul etmir.Bəzi ölkələr İrəvandan məntiqli addımlar gözləyərək səbir nümayişetdirir, digərləri isə əksinə, İrəvanı konkret qərarlar qəbuletməyə məcbur etmək üçün təzyiqlərini artırır.
İndiki durumda Ermənistanın xarici siyasəti ani qazanc əldəetmək üçün xaotik cəhdlərə bənzəyir və bu, uzunmüddətli nəticələrnəzərə alınmadan həyata keçirilir. Əgər Paşinyan xarici siyasətkursunu sabitləşdirmək üçün qəti addımlar atmasa, Ermənistan dərindiplomatik təcrid vəziyyətinə düşə bilər. Bu isə ölkəni həm Rusiyadəstəyindən, həm də Qərbin diqqətindən məhrum edərək ciddi siyasivə iqtisadi sarsıntılara sürükləyəcək və Ermənistan bu problemlərinöhdəsindən təkbaşına gələ bilməyəcək.