Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama görüşünü keçirəcək.
Apasport.az xəbər verir ki, U-21 Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, millimiz martın 22-də keçirilən ilk matçda Moldova yığmasını 2:0 hesabı ilə məğlub edib.
“Dinamo” və “Hypers”dən qələbə
Millimizin heyəti bəlli oldu
Fernandu Santuş: "Qol buraxan kimi həvəsdən düşürlər"
Səbuhi Abdullazadə: "İstəməzdik ki, belə olsun"
Dadaşov Almaniyada növbəti qolunu vurdu