2026-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha 3 qrupda 2-ci turun oyunları baş tutacaq.
Qazaxıstan yığması Lixtenşteyni qonaq qismində yenməyə çalışacaqsa, Norveç millisi səfərdə İsraillə qarşılaşacaq. Şimali Makedoniya Uelsi, Monteneqro seçməsi isə Farer adalarını qəbul edəcək.
DÇ-2026-nın seçmə mərhələsi
Qrup mərhələsi, 2-ci tur
25 mart
I qrupu
21:00. Moldova – Estoniya
23:45. İsrail – Norveç
Xallar: Norveç – 3. İsrail – 3. İtaliya – 0. Estoniya – 0. Moldova – 0.
J qrupu
23:45. Şimali Makedoniya – Uels
23:45. Lixtenşteyn – Qazaxıstan
Xallar: Şimali Makedoniya – 3. Uels – 3. Belçika – 0. Qazaxıstan – 0. Lixtenşteyn – 0.
L qrupu
23:45. Cəbəllüttariq – Çexiya
23:45. Monteneqro – Farer adaları
Xallar: Monteneqro – 3. Çexiya – 0. Xorvatiya – 0. Farer adaları – 0. Cəbəllüttariq – 0.