AZ

İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti cüzi artıb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2024-cü ili 23 milyon 378 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Fond 2023-cü ili 23 milyon 233 min manat xalis mənfəət ilə bağlamışdı. 

Marja.az xəbər verir ki, İKZF-nın faiz gəlirləri 2023-cü ildə 79 milyon 387 min manat ikən, 2024-cü ildə 94 milyon 188 min manata yüksəlib (14 milyon 801 min manat və ya 18,6% artıb)

Ötən il İKZF-nın faiz xərcləri isə 12 milyon 883 min manat və ya 29 min manat artaraq 57 milyon 352 min manata yükəlib.

İKZF-nın haqq və komissiya gəlirləri 2023-cü ildə 1 milyon 173 min min manat ikən, 2024-cü ildə 1 milyon 87 min manata düşüb. Fondun digər gəlirləri isə 1 milyon 367 min manatdan 1 milyon 599 min manata yüksəlib. 

31 Dekabr 2024-cü il tarixində  İKZF-nın cəmi aktivləri 3 milyard 328 milyon 408 min manat olub ki, bu da illik müqayisədə 534 milyon 943 min mnaat və ya 19,1% çoxdur. 

31 dekabr 2024-cü il tarixində Fondun ipoteka kreditləri portfeli 2 milyard 276 milyon 601 min manat, satmaq öhdəliyi ilə kirayə üçün yaşayış sahələri fondu 347 milyon 979 min manat təşkil edib. 

Seçilən
17
marja.az

1Mənbələr