AZ

Qırğızıstan Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə layihə təqdim edib

Bişkek. Trend:

Qırğızıstanın İqtisadiyyat və Kommersiya Nazirliyininnümayəndəliyinin rəhbəri və BMT-nin Ticarət ProsedurlarınınSadələşdirilməsi və Elektron Biznes üzrə Mərkəzi Bürosunun (SEFAKTBMT) vitse-sədri Nurbek Maksutov Ümumdünya Ticarət TəşkilatınınTicarət Prosedurlarının Sadələşdirilməsi üzrə Komitəsinin iclasıçərçivəsində Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə layihənitəqdim edib.

Trend bubarədə Qirğızıstanın İqtisadiyyat və Kommersiya Nazirliyinəistinadən xəbər verir.

Bu layihə, Orta Dəhliz boyunca rəqəmsal ticarət prosedurlarınıntəkmilləşdirilməsi üçün alətlərin hazırlanmasına yönəlib.Təşəbbüsdə məqsəd - BMT-yə üzv dövlətlər üçün ticarətin inkişafı vəbu marşrutda prosedurların sadələşdirilməsinə dair siyasitövsiyələrin hazırlanmasıdır.

Nitqlə çıxışı zamanı Maksutov birincii mərhələdə əsasən mövcudproblemlərin və effektiv tranzit prosedurlara və məlumatmübadiləsinə əngəl yaradan infrastruktur çatışmazlıqlar təhlilinəfokuslanacaqlarını vurğulayıb. Onun sözlərinə görə bu cür baryerlərdənizə çıxışı olmayan ölkələrin ticarətdəki rəqabətədavamlılığınamənfi təsir göstərir.

Layihə həmçinin, BMT-nin SEFATK standartlarının məlumatmübadiləsində tətbiqi üzrə tövsiyələrin hazırlanmasını nəzərdətutur ki, bu da transsərhəd ticarətin rəqəmsal keçidinə töhfəverəcək. Bu prinsiplər pilot rejimdə sınaqdan keçiriləcək, onlarınsəmərəliliyi və aktuallığı qiymətləndiriləcək

Bundan əlavə, iclas çərçivəsində Beynəlxalq Ticarət Mərkəzi(BTM) ilə birlikdə Avropa İttifaqı və Mərkəzi Asiya arasındakıəlaqələrin yaxşılaşdırılmasına və Orta Dəhlizin əməliyyatsəmərəliliyinin artırılmasına yönəlmiş bir layihə təqdimedilib.

Layihə başlıca olaraq bu məqsədlərdən ibarətdir:

Mərkəzi Asiyada ticarəti və dayanıqlı investisiyalarıstimullaşdırmaq üçün transsərhəd prosedurlarınsadələşdirilməsi.

Region ölkələri arasında ticarət və nəqliyyat əlaqələriningücləndirilməsi üçün əlaqələndirmənin yaxşılaşdırılması.

Orta Dəhliz vasitəsilə kiçik və orta biznesin regional və Avropabazarlarına çıxışını asanlaşdıraraq onların rəqabət qabiliyyətininartırılması.

Layihə, 2020-2024-cü illərdə həyata keçirilmiş “Ready4TradeCentral Asia” layihəsi çərçivəsində başlanmış islahatlaraəsaslanaraq BTM və Mərkəzi Asiya ölkələrinin hökumətləri iləəməkdaşlıq çərçivəsində icra ediləcək.

Qeyd edək ki, Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət yoludur. Bu,ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ yoldur.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonraXəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək Avropayaçatır. Orta Dəhliz Asiyanın şərq hissələrini, o cümlədən, ÇiniAvropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçən qurumarşrutu təmin edir.

Məqalədə:
Seçilən
10
3
az.trend.az

4Mənbələr