AZ

Ronaldonun 30 yaşdan sonra əldə etdiyi unikal göstərici

UEFA Millətlər Liqasının Danimarka ilə cavab oyununda (5:2) qol vuran Portuqaliya millisinin hücumçusu və kapitanı Kriştianu Ronaldo 30 yaşını tamamladıqdan sonra millinin heyətində 84-cü qolunu vurub.

Publika.az xəbər verir ki, “Opta”nın məlumatına görə, 40 yaşlı Ronaldo 30 yaşını tamamladıqdan sonra milli komandanın heyətində Neymar (79), Pele (77), Miroslav Kloze (71), Harri Keyn (71 ), Didye Droqba (65), Ronaldo (62), Zlatan İbrahimov (62) və digər məşhur hücumçuların bütün karyeraları ərzində millidə vurduqlarından daha çox qol vurub.

Daha əvvəl məlum olmuşdu ki, Kriştiano Ronaldon milli komanda ilə qazandığı qələbələrin sayına (132) görə Ginnesin Rekordlar Kitabına düşüb.

Seçilən
150
publika.az

1Mənbələr