İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 2024-cü il üçün maliyyə hesabatı açıqlandı.
Valyuta.az xəbər verir ki, İKZF-i ötən ili 23.378 milyon manat mənfəətlə başa vurub. Bu, 2023-cü illə müqayisədə 0.6% artım deməkdir.
Yanvarın 1-nə fondun aktivləri 3 milyard 328.409 milyon manat olub, bu, illik müqayisədə 19.15% çoxdur.
Qeyd edilən dövrdə, fondun öhdəlikləri 2 milyard 100,482 milyon manata olub ki, bu da 25.3% artım deməkdir. Fondun balans kapitalında 11% artım, nizamnamə kapitalında isə 8.95% artım qeydə alınıb.
Ötən il fondun balans kapitalı 1 milyard 227.927 milyon manat, nizamnamə kapitalı isə 1 milyard 68.4 milyon manat olub.