ABŞ-ın yüksək rütbəli məmurlarının şəxsi əlaqələri ABŞ prezident administrasiyasının avropalı müttəfiqlərinə qarşı tənqidi münasibətini üzə çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Yəməndəki hava hücumlarını əlaqələndirən "Siqnal" qrupunun heyrətamiz hekayəsi ABŞ-ın vitse-prezidenti Cey Di Vensin anti-Avropa nifrətindən qaynaqlanır", - deyə İsveçin keçmiş baş naziri Karl Bildt "X" sosial şəbəkəsində yazıb: .
Vens öz qeydində bəyan edir ki, "Avropanı yenidən xilas etmək məcburiyyətində qalmağa nifrət edir". ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Mayk Uolts isə təklif edir ki, "Husilər"ə qarşı zərbələrlə bağlı ABŞ-ın xərcləri “avropalıların üzərinə yüklənsin”.
Bununla belə, qeyd edilir ki, sözügedən qalmaqal çətin ki, ABŞ və Avropa ölkələri arasında məlumat mübadiləsini azaltmağa səbəb olsun.