Bakı. Trend:
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı iləmünasibətdə öz mövqeyini yenidən nəzərdən keçirmək niyyətindədeyil.
Trend erməniKİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentininspikeri Alen Simonyan bildirib.
“KTMT ilə bağlı nəyi nəzərdən keçirməliyik ki?! Əslində KTMT özübaxmalıdır ki, görsün o ümumiyyətlə mövcuddur ya yox. Əgərmövcuddursa, onun sərhədlərinin hardan keçdiyini və nə etməliolduğunu, nələri isə etmədiyini bəyan etməlidir”, - Simonyanvurğulayıb.
O həmçinin, baş nazir Nikol Paşinyanın tapşırığı ilə ölkəqurumlarının Rusiya tərəfdaşları ilə əməkdaşlığı fəallaşdırmağabaşladığı barədə yayılan məlumatları təkzib edib.