AZ

U-21 yığmamızın Antalyada ikinci sınağı

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət millimiz bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, U-21 millimiz bu dəfə Şimali Makedoniyadan olan həmyaşıdları ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 21.00-da start götürəcək.

Qeyd edək ki, U-21 yığmamız hazırlıq prosesi çərçivəsində ilk yoxlama matçında Moldovaya 2:0 hesabı ilə qalib gəlib.

Seçilən
20
2
football-plus.az

4Mənbələr