AZ

İsraildə "Oskar" mükafatçısı həbs edilib

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində "Oskar" mükafatı almış “Başqa torpaq yoxdur” sənədli filminin çəkiliş heyətinin üzvü Həmdan Ballalı saxladığı bildirilir. 

"Cebheinfo.az" xəbər verir ki,  İordan çayının cənubundakı Mesafir Yatta fəalları tərəfindən verilən ortaq açıqlamada Fələstin torpaqlarını ələ keçirən israillilərin fələstinlilərin yaşadığı Susya kəndinə hücum etdiyi bildirilib. 

Kəsici alətlər və silahlar daşıyan maskalı israillilərin hücumu nəticəsində yaralananların olduğu, fələstinlilərin əmlakına ziyan dəydiyi bildirilib. 

Hücumun sənədləşdirilməsi üçün hadisə yerinə gələn 5 amerikalı yəhudi fəalın da Fələstin torpaqlarını qəsb edən israillilərin hücumuna məruz qaldığı, fəalların mindiyi avtomobilin daşqalaq edildiyi bildirilib. İsrail ordusunun himayəsi altında həyata keçirilən hücumda "Oskar" mükafatlı "Başqa torpaq yoxdur" sənədli filminin heyətindən Həmdan Ballalın da yaralandığı və çox sayda fələstinli ilə birlikdə nəzarətə alındığı açıqlanıb. İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahili Masafir Yattada fələstinlilərin dağıdıcı və sürgün siyasətinə qarşı mübarizəsindən bəhs edən “Başqa torpaq yoxdur” filmi bu il “Ən yaxşı sənədli film” nominasiyasında "Oskar" qazanıb. Həmdan Ballal da sənədli film qrupunda idi.

Seçilən
13
cebheinfo.az

1Mənbələr