AZ

"Real Madrid" ilin ilk yarısında nə qədər qazanıb? - Rekord yenilənə bilər

"Real Madrid" klubu 2024/2025 mövsümünün ilk altı ayında əldə etdiyi gəlir bəlli olub.

Fanat.Az AS-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi 600 milyon avrodan çox qazanıb.

2024-cü ilin iyul-dekabr aylarında klubun ümumi gəliri 589,8 milyon avro təşkil edib. Bu göstərici ötən mövsümün ilk yarısı ilə müqayisədə 27,9% çoxdur.

İspaniya nəhənginin mövsümü rekord gəlirlə başa vuracağı gözlənilir.

Qeyd edək ki, 2023/2024 mövsümünün sonunda "Real" dünyada 1 milyarddan çox pul qazanan ilk klub olub.

Seçilən
56
fanat.az

1Mənbələr