AZ

Polşada rekord sayda silah saxlama icazəsi verilib

2024-cü ildə Polşa son 35 ildə rekord sayda silah saxlama icazəsi verdi.

Bu xəbəri Polşanın “Rzeczpospolita” qəzeti polisin məlumatlarına əsaslanaraq yazır.

Uzun illər ərzində Polşada hər il orta hesabla 10.000-dən çox silah lisenziyası verilirdi. Bununla belə, 2022-ci ildə icazələrin sayı sürətlə artaraq 37,4 minə çatıb. Növbəti iki ildə artım davam etdi. Belə ki, 2023-cü ildə verilən icazələrin sayı 40,9 min, 2024-cü ildə isə 45,8 min olub.

Polyakların əlində hazırda 930,1 min odlu silah var. Bu rəqəm 2017-ci ildəkindən təxminən iki dəfə çoxdur.

Nəşr bildirir ki, bu artım Ukraynadakı hərbi aktivliklə izah olunur. Polyaklar öz təhlükəsizliklərindən və şəxsi mülklərinin təhlükəsizliyindən narahatdırlar.

//Gülnarə Abasova, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr