İspaniyanın “Real” klubunun bu mövsümün ilk dövrəsindəki qazancı məlum olub.
Futbolpress.az xəbər verir ki, “kral klubu” ilk 6 aytda 600 milyon avrodan çox gəlir əldə edib. Bu barədə AS nəşri məlumat yayıb.
“Real” ötən ilin eyni dövründə 589,8 milyon avro qazanc əldə etmişdi. Bumövsümkü göstərici ötənilki ilə müqayisədə 27,9 faiz çoxdur.
“Real”ın mövsümün sonuna kimi gəlirlərini daha artıracağı ehtimal edilir. Madrid təmsilçisi 2023/24 mövsümünün sonunda 1 milyarddan çox gəlirlə dünyanın ən çox qazanan klubu olmuşdu.