Mauro İkardi keçmiş həyat yoldaşı Vanda Nara ilə rəsmən boşandıqdan sonra stilini dəyişərək yeni sevgilisi ilə şəkillər paylaşıb.
Oxu.Az xəbər verir ki, Mauro İkardi yeni imicini şəxsi "Instagram" profilində paylaşıb.
O bu hərəkəti ilə həyata sıfırdan başlamaq istədiyini bildirib.
Qeyd edək ki, cütlük 2014-cü il mayın 27-də Buenos-Ayresdə rəsmi nikaha daxil olub. Onların bu izdivacdan Françeska və İzabella adlı iki qız övladı var.
Mənbə: oxu.az